Nazirin meyiti oteldə  tapıldı
05 noyabr 2026 10:26 (UTC +04:00)

Nazirin meyiti oteldə tapıldı

0

Almaniyanın Bavariya federal əyalətinin baş nazirinin müavini, iqtisadiyyat, regional inkişaf və energetika naziri Hubert Ayvanger 55 yaşında vəfat edib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, siyasətçinin meyiti noyabrın 4-də Berlin şəhərindəki otellərdən birində aşkarlanıb.

Həmin gün Berlində Ayvangerin rəhbərlik etdiyi “Azad seçicilər” (Freie Wähler) partiyasının paytaxt nümayəndəliyinin təntənəli açılışı planlaşdırılıb. Lakin siyasətçi səhhətinin qəfil pisləşməsi səbəbindən tədbirə qatılmayıb və otel otağında qalıb. Daha sonra onun meyiti aşkarlanıb.

Qeyd edək ki, Hubert Ayvanger 26 yanvar 1971-ci ildə Bavariyanın Erqoldsbax şəhərində anadan olub.

O, 2006-cı ildən “Azad seçicilər” partiyasının Bavariya bölməsinə rəhbərlik edib, 2010-cu ildə isə partiyanın federal sədri seçilib.

Ayvanger ilk dəfə 2008-ci ildə Bavariya parlamentinə deputat seçilib. 2018-ci ildə keçirilən parlament seçkilərindən sonra iqtisadiyyat, regional inkişaf və energetika naziri, həmçinin Bavariya əyalətinin baş nazirinin müavini vəzifələrini tutub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 84

Oxşar yazılar