Bakıda keçmiş rəis  qadını vurub öldürdü
06 noyabr 2026 09:38 (UTC +04:00)

Bakıda keçmiş rəis qadını vurub öldürdü

0

Bakıda avtomobil piyadanı vurub.

Lent.az xəbər verir ki, hadisə Yasamal rayonu Naxçivani küçəsində qeydə alınıb.

68 yaşlı Həsən Arif oğlu idarə etdiyi “Mitsubishi Outlander” markalı avtomobili yaşadığı hündürmərtəbəli binanın yeraltı dayanacağından çıxararkən 71 yaşlı Sadıqova Esmira Həsənağa qızını vurub. Yaralı aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, Həsən Seyidbəyov əvvəllər Penitensiar Xidmətin Rabitə və texniki təminat şöbəsinin rəisi vəzifəsində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 758

Oxşar yazılar