8 GB RAM-lı kompüter işlədənlərə şad xəbər: “Windows 11” 40 faizədək sürətləndi
06 noyabr 2026 07:11 (UTC +04:00)

8 GB RAM-lı kompüter işlədənlərə şad xəbər: “Windows 11” 40 faizədək sürətləndi

0

“Microsoft” şirkəti “Windows 11” əməliyyat sisteminin 8 GB RAM-a malik kompüterlərdə daha sürətli işləməsi üçün təkmilləşdirmələr aparıb.

Lent.az xəbər verir ki, şirkətin açıqlamasına görə, sistemin ümumi işləmə sürəti 20 faizədək, bəzi çoxvəzifəli istifadə ssenarilərində isə 40 faizədək artıb.

Yaddaşın idarə olunmasının təkmilləşdirilməsi sayəsində kompüter açıq proqramları və brauzer səhifələrini daha az yenidən yükləyir.

Bundan əlavə, “Microsoft Edge” brauzerinin 33 faizədək daha sürətli açıldığı, “Word”, “Excel” və digər “Microsoft 365” proqramlarında isə yaddaş istifadəsinin azaldıldığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 186

Oxşar yazılar