Trampdan tarixi addım: Oval kabineti toxunulmaz etdi
06 noyabr 2026 04:51 (UTC +04:00)

Trampdan tarixi addım: Oval kabineti toxunulmaz etdi

0

ABŞ prezidenti Donald Tramp Oval kabineti tarixi abidə elan edən sərəncam imzalayıb.

Lent.az xəbər verir ki, sənədə əsasən, gələcək administrasiyalar kabinetdə və Ağ Evdəki Nazirlər Kabinetinin iclas zalında əsaslı dəyişiklikləri yalnız Konqresin razılığı ilə edə biləcəklər.

Tramp bildirib ki, bu otaqların tarixi abidə statusu alması ilə bağlı sənədlər hüquqi qüvvəyə mindikdən sonra onların görünüşünü əsaslı şəkildə dəyişmək mümkün olmayacaq.

ABŞ liderinin sözlərinə görə, müvafiq tədbirlər hələ Konqres tərəfindən təsdiqlənməlidir.

Qeyd edək ki, Trampın prezidentliyi dövründə Oval kabinetin interyeri, o cümlədən qızılı bəzək elementləri hesabına əhəmiyyətli dərəcədə yenilənib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 190

Oxşar yazılar