Zəvvar namaz qılanda  ölüm   onu ​​yaxaladı -  VİDEO
06 noyabr 2026 15:43 (UTC +04:00)

Zəvvar namaz qılanda ölüm onu ​​yaxaladı - VİDEO

0

Türkiyənin Konya şəhərində ümrə ziyarətinə yola düşməyə hazırlaşan Abdullah Özkan hava limanında dua edən zaman qəfil halı pisləşərək həyatını itirib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, hadisə Konya Hava Limanında zəvvarların müqəddəs torpaqlara yola salınması mərasimi zamanı baş verib.

Məlumata görə, ümrə ziyarəti üçün bütün hazırlıqlarını tamamlayan və ehram geyinən Abdullah Özkan digər zəvvarlarla birlikdə yolasalma duasında iştirak edib. Dua zamanı qəfil halı pisləşən şəxsə tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Beyşehir bölgəsi üzrə məsul şəxs kimi zəvvarları hava limanına müşayiət edən Özkanın halının pisləşdiyi anlar ətrafdakı şəxslər tərəfindən mobil telefonla lentə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 378

Oxşar yazılar