“WhatsApp”da yeni funksiya istifadəyə verilir: Qarşı tərəf bilməyəcək
07 noyabr 2026 02:24 (UTC +04:00)

“WhatsApp”da yeni funksiya istifadəyə verilir: Qarşı tərəf bilməyəcək

0

 

“WhatsApp” Android istifadəçiləri üçün mesajları söhbətə daxil olmadan oxumağa imkan verən yeni funksiya hazırlayır.

Lent.az xəbər verir ki, yeni xüsusiyyət sayəsində istifadəçilər mesajları oxusalar da, qarşı tərəfə mavi işarə (iki mavi xətt) göndərilməyəcək.

Funksiya aktiv olduqda istifadəçi söhbətlər siyahısında istədiyi yazışmanın üzərinə uzun müddət basaraq son mesajların göstərildiyi kiçik izləmə pəncərəsini aça biləcək.

Bu pəncərədən mesajları oxumaqla yanaşı, yuxarı sürüşdürərək əvvəlki yazışmalara da baxmaq mümkün olacaq. Bütün bunlar qarşı tərəfə mesajın oxunduğu barədə bildiriş göndərilmədən həyata keçiriləcək.

Yeni funksiya “iPhone”larda artıq mövcud olan oxşar imkanın Android versiyasıdır.

Lakin Androiddə hazırlanmış yenilik iOS-dan fərqli olaraq mesajlar arasında sürüşdürməyə də imkan verəcək.

Şirkət yeniliyin nə vaxt istifadəyə veriləcəyini açıqlamayıb.

Qeyd edək ki, bu funksiya mavi xətt sisteminin tamamilə ləğv edilməsi demək deyil. Mesajlar adi qaydada söhbət pəncərəsindən açıldıqda mövcud oxunma bildirişi sistemi qüvvədə qalacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 108

Oxşar yazılar