Dünyaca məşhur futbol baş məşqçisi Joze Mourinyo qızının “Instagram” hesabında paylaşdığı tətil fotolarından əsəbiləşib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, fotoları gördükdən sonra Mourinyo qızından onları silməsini istəyib. Dəniz kənarında çəkilmiş fotolarda Mourinyonun qızının suda ağ bikinidə poz verdiyi görünür. Şəkillərdən sonra bütün diqqətlər məşhur baş məşqçiyə yönəlib.

Bildirildiyinə görə, Joze Mourinyonun qızının paylaşdığı şəkilləri bəyənməyib və onların “Instagram” hesabından silinməsini istəyib.


