Dörd ildən sonra “Avroviziya”ya  qayıdır: 36 ölkə yarışacaq
28 oktyabr 2026 19:46 (UTC +04:00)

Dörd ildən sonra “Avroviziya”ya qayıdır: 36 ölkə yarışacaq

0

Dörd ildir “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində iştirak etməyən Şimali Makedoniya 2027-ci ildə yarışmaya qayıdacaq.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) gələn il keçiriləcək müsabiqədə 36 ölkənin iştirak edəcəyini açıqlayıb.

Şimali Makedoniya maliyyə çətinlikləri səbəbindən 2023–2026-cı illərdə müsabiqəyə qatılmayıb. Ölkə sonuncu dəfə 2022-ci ildə yarışmada təmsil olunub. Şimali Makedoniya indiyədək “Avroviziya”da qalib gəlməyib. Ölkənin ən yüksək nəticəsi 2019-cu ildə qeydə alınıb. Həmin il müğənni Tamara Todevska “Proud” mahnısı ilə 305 xal toplayaraq yeddinci yeri tutub.

Qeyd edək ki, Şimali Makedoniya müsabiqədə ilk dəfə 1998-ci ildə iştirak edib. 2027-ci ildə keçiriləcək “Avroviziya”da daha bir yenilik yaşanacaq. Kanada tarixində ilk dəfə bu beynəlxalq musiqi yarışmasına qatılacaq.

Müsabiqə gələn il mayın 11-dən 15-dək Bolqarıstanın Burqas şəhərində təşkil olunacaq. İspaniya və Sloveniya isə 2026-cı ildə İsrailin iştirakına etiraz olaraq müsabiqəni boykot etdikdən sonra gələn il yarışmaya qatılıb-qatılmayacaqlarına dekabr ayına qədər qərar verməlidirlər. 

На 'Евровидении-2027' выступит страна, которая четыри года не участвовала в конкурсе

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 160

Oxşar yazılar