"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
17 oktyabr 2026 21:10 (UTC +04:00)

"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi

0

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb.

Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib.

Maykl Forest "Star Trek" serialında qızılı geyimdə olan Apollon obrazını canlandırıb. Epizodik rol olmasına baxmayaraq, bu obraz əfsanəyə çevrilib. Serialın pərəstişkarlarının marağı sayəsində aktyor 2013-cü ildə "Ulduz yolu: davamı" adlı fan layihəsində Apollon roluna yenidən qayıdıb.

Qeyd edək ki, Maykl Forest Tom Henkslə birlikdə "Kimsəsiz ada" filmində, "Kinq-Konq yaşayır" kinofilmində, eləcə də Cennifer Qarnerlə birlikdə "Cəsus" serialında da çəkilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar