Qatlana bilən “iPad” 2028-ci ildə  satışa çıxacaq
29 oktyabr 2026 01:45 (UTC +04:00)

Qatlana bilən “iPad” 2028-ci ildə satışa çıxacaq

0

“Apple” şirkətinin 2028-ci ildə böyük ekranlı qatlana bilən “iPad” modelini təqdim edəcəyi iddia olunur.

Lent.az xəbər verir ki, məlumata görə, cihaz açıldıqda 18–20 düym ölçüsündə ekrana sahib olacaq və qatlanma izi mümkün qədər görünməz olacaq.

Planşetin ekranında ultra nazik şüşədən istifadə ediləcəyi gözlənilir. Yüksək istehsal xərcləri və texniki çətinliklər səbəbindən ilk il 500 min–1 milyon ədəd cihazın satışa çıxarılması planlaşdırılır.

“Apple” hələlik qatlana bilən “iPad” haqqında rəsmi məlumat verməyib. Buna görə də təqdimat tarixi və texniki xüsusiyyətlər təsdiqlənməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 158

Oxşar yazılar