Astarada sitrus məhsulları susuzluqdan məhv olur-VİDEO
17 oktyabr 2026 22:30 (UTC +04:00)

Astarada sitrus məhsulları susuzluqdan məhv olur-VİDEO

0

 

Astara rayonunun dağ kəndlərindəndən olan Qəcimarda kəndində su çatışmazlığı sitrus təsərrüfatına ziyan vurub.

Yay aylarından bəri davam edən quraqlıq naringi bağlarını susuz qoyub, su qıtlığı səbəbindən məhsuldarlıq kəskin şəkildə aşağı düşüb.

Aylarla zəhmət çəkib bağlara qulluq edən təsərrüfat sahibləri, indi çəkdikləri əziyyətin gözlərinin önündə boşa çıxdığını deyirlər.

Onlar bildirir ki, əvvəllər kəndin su təminatı Lovayın su anbarından çəkilən xətt vasitəsilə həyata keçirilib.

Ətraflı APA TV-nin videomaterialında: 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 166

Oxşar yazılar