“Huawei”in yeni telefon markası “Starlight”  olacaq
30 oktyabr 2026 22:44 (UTC +04:00)

“Huawei”in yeni telefon markası “Starlight” olacaq

0

Çinin “Huawei” şirkətinin daha münasib qiymət seqmentinə yönəlmiş “Starlight” adlı yeni smartfon markası yaratdığı bildirilir.

Lent.az xəbər verir ki, markanın ilk telefonunun 6,39 düymlük geniş ekranla təchiz ediləcəyi gözlənilir.

Məlumata görə, prototip mərhələsində olan smartfon “Kirin 9” seriyalı prosessor, 16 GB operativ yaddaş və 1 TB daxili yaddaşa malik olacaq.

“Huawei”in əvvəllər “Pura X” seriyasında istifadə etdiyi geniş ekran dizaynını yeni markaya da tətbiq edəcəyi bildirilir. Şirkətin yüksək performanslı cihazları daha münasib qiymətə təqdim etməyi hədəflədiyi ehtimal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 164

Oxşar yazılar