Qubada 4 övlad atası Elxan Seyfullayev ünvanlı dövlət sosial yardımından imtina edilməsindən narazıdır.
O bildirir ki, 400 manat maaşla ailəsini dolandırmaqda çətinlik çəkir, həyat yoldaşı isə azyaşlı övladına baxdığı üçün işləyə bilmir. Seyfullayevin sözlərinə görə, adına olan 42 sot pay torpağından istifadə etmir və həmin ərazidən heç bir gəlir əldə etmir.
Dövlət Sosial Müdafiə Fondu isə imtinanın səbəbini pay torpaq sahəsi ilə bağlı yeni çıxarış üzrə VÖEN qeydiyyatının aparılmaması və gəlirlərin düzgün əks etdirilməməsi ilə izah edib.
Ətraflı sujetdə: