Göygöldə evdən meyit tapılıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.
Kənddə yerləşən fərdi yaşayış evlərinin birində orta yaşlı kişi meyiti aşkarlanıb.
Ölümün səbəbləri məlum deyil, onun kimliyi dəqiqləşdirilir.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.