Android telefonlarda təhlükəsizlik boşluğu: Bir SMS-lə sistem çökür
03 noyabr 2026 03:13 (UTC +04:00)

Android telefonlarda təhlükəsizlik boşluğu: Bir SMS-lə sistem çökür

0

 

Android 12 və daha yeni versiyalarda işləyən telefonlarda xüsusi hazırlanmış bir SMS vasitəsilə cihazı sıradan çıxara bilən təhlükəsizlik boşluğu aşkarlanıb.

Lent.az xəbər verir ki, istifadəçinin mesajı açmasına ehtiyac yoxdur. SMS-in arxa planda emalı zamanı telefonun mobil şəbəkə ilə əlaqəsi kəsilir, aktiv zənglər dayandırılır və cihazın funksiyaları bloklana bilir.

Problem “Google Pixel” və “Samsung Galaxy” modellərində müəyyən edilib. “Google” Android 14 və daha yeni versiyalar üçün oktyabr təhlükəsizlik yeniləməsi ilə boşluğu aradan qaldırıb.

Android 13 və daha köhnə versiyalardan istifadə edən cihazların isə risk altında qala biləcəyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 221

Oxşar yazılar