ABŞ-ın əks-kəşfiyyat orqanları vaxtilə İsrailə cəsusluq etmiş Conatan Pollandı ifşa edəndə hətta "müttəfiqlikdən də yaxın münasibətlərdə olan bir ölkəyə qarşı niyə bu addım atıldı?" sualı belə cavablandırılmışdı - İsrail ABŞ üçün nə qədər önəmli isə, ABŞ-ın öz milli maraqları ondan da önəmlidir...
İbrətamiz faktdır...
Türkiyə - Azərbaycan qardaşlığını tarixilik, reallıq və perspektivlik baxımından müqayisə edə biləcəyimiz nümunə yoxdur.Lakin ən səmimi milli,insani hisslər üzərində qurulmuş bu qardaşlığın da tarixi düzxətli olmamış, müxtəlif çətin sınaqlardan keçmişdir .Yaşadığımız çətin qardaşlıq sınaqları bu gün cərəyan edən bəzi neqativ proseslər fonunda bir daha xatırlanır...Tarixi unutmamaq xatirinə yox, bizi sevməyənlərə , bizə qarşı oyun quranlara " sizin məkrli , qardaşı- qardaşa vurdurmaq planlarınız baş tutmadı" mesajını vermək üçün xatırlanır.Bu xatırlatma indiki günlərimizdə keçmişlərdən dərs çıxarmayaraq yenə də Azərbaycana qarşı sekta- təriqət pərdələri altında təmənnalı siyasi plan quranları dürüst yola çəkmək üçündür...
Dövlətlər arasında səmimi qardaşlıq tərəflərin səhvlərdən tam sığortalanması demək deyil.O deyil ki, olan problem və anlaşılmazlıqları ört- basdır edəsən .O da deyil ki,dostunun arxasınca gizli iş çevirəsən .Odur ki, hər şeyi açıq danışasan, örtülü bazar qoymayasan ki həm qaranlıqlar durulsun, həm də ortadakı anlaşılmazlıqların təkrarlanma ehtimalı azalsın...
Bu gün qardaşımız Türkiyədə qardaşlıq tariximizdəki bütün dürüst və parlaq hadisələri ayaqlayaraq üstümüzə nifrət yağdırılmasını bir qrup təriqət əlaltısının dönüklüyü kimi qəbul edib üstündən keçməyi çox istəyərdik..Lakin qardaş ölkəmizdə xüsusilə media və sosial şəbəkələrin bəlli bir çərçivədə fəaliyyət göstərdiklərini bildiyimizə görə üstündən keçə bilmirik.Sual bizi çox narahat edir- niyə bu təriqətçilərin kin- küdurəti durdurulmur? Halbuki durdurula bilər.İstək olsa...
Bəlkə başqa qorxunc istəklər var? Bəlkə can Azərbaycandakı mövcud status- kvonu həzm edə bilməyən qardaşlarımızın içindəki "düşmənlərin" ayrı planları var?Əgər belə planları yoxdursa, niyə başa düşmürlər ki, sekta- təriqət quyruqlarının Azərbaycana uzatdıqları çirkli əllər bu ölkənin düz işini əymək və çətinə salmaqdan başqa rol oynamır?!
Ötən əsrin 90- cı illərinin başında nadürüst niyyətlərlə Azərbaycana uzanan əllər necə kəsildisə, bu dəfə də kəsiləcəyinə söz olmasın.O zaman Heydər Əliyev var idi, bəzi qonşular planları ona qarşı qururdular, bu gün isə İlham Əliyevin və bütünlüklə dövlətimizin yolunu daşlıqlardan salmaq istəyənlər var.. O zaman Heydər Əliyev Bakıda dövləti cinayət üstündə yaxalanmış " 2 nadan qardaşımızın"barəsində istintaq orqanlarına " onların türk olduqlarını çox qabartmayın" deyərək həm müstəqil dövlətçilik yolumuzdakı daşları təmizləmişdi, həm də yolunu azmış bəzi " qardaşlara" klassik siyasətçi müdrikliyi göstərərək , qardaş ölkələrin birgə daha böyük tarixlər yazması üçün geniş yol açmışdı...
Düz 35 il əvvəlki acı tarix...
Ötən əsrin 90- cı illərinin əvvəlləri...Can qardaşlar deyib ün təpdiyimiz, dediklərimiz üçün indi də peşman olmadığımız anlar idi...Qardaş ölkənin İqdır vilayətində doğulmuş, universitet müəllimi, hüquq üzrə elmlər doktoru adını daşıyan bir şəxsin Bakıya gəlişini həmin can Azərbaycan, can Türkiyə yanğısı ilə saf, təmiz duyğularla qəbul etdik.Kimin ağlına gələrdi ki, bir hüquq doktoru özünün pedaqoji və elmi potensialını Azərbaycanın çox ehtiyac hiss etdiyi hüquqi dövlət quruculuğuna yönəltməyəcək, siyasi oyunlar oynayacaq .. Bizim ölçülərimiz bu idi, həmin məşhur FƏRMAN DƏMİRKOL başqa cür naqis çıxdı...Sonda isə o zamankı Türkiyə səfiri Altan Karamanoğlunun " Heydər Əliyevdən sənin barəndə bir izn alana kimi evindən çıxma ,gözlə" deyərək ertəsi gün Bakıdan qovulması kimi şərəfsiz bir sonluq yaşadı..
Görün Heydər Əliyev iki dövlətin qarşıdakı daha böyük qardaşlıqlarını xilas etmək xatirinə onun hansı cinayətlərinin üstündən keçmişdi...
Az sonra 90- cı illər tariximizin ən dramatik və gizli siyasi- kəşfiyyat döyüşlərinin çox maraqlı səhnələrini görəcəksiniz..
1996- cı ildə Türkiyədə məşhur " Susurluq " qəzasının araşdırılması fonunda aydın oldu ki,o zamankı baş nazir Tansu Çillərin baş məsləhətçiləri Ağar Okan,Süleyman Kamil Yüceoğlu,çoxlarının o zaman bir terrorçu kimi tanıdıqları əslində MİT zabiti Abdulla Çatlının Bakıda 1995- ci il mart dövlət çevrilişi cəhdində birbaşa içtirakları olub..Hətta rəsmi sənədlərdə keçən bir versiya var ki, Tansu xanımın çecriliş planlarının arxasındakı niyyət Azərbaycanı kiçik qardaş kimi müti və idarə olunan hala salmaq, Ədqanıstandan gəlib Azərbaycandan keçən narkotik ticarəti yolunu hifz ermək imiş..İnanılmazdır...Lakin bu məqsədlə o zamankı Əfqanıstanda narkotrafikin ən böyük baronlarından biri sayılan döyüşən üsyançı ordu generalı Rəşid Dustuma külli miqdarda pulun öncədən verildiyi də deyilir...
60 nəfəər Cavadovçu OMON- çunu dövlət çevrilişinə hazırlamaq planı....
İl 1994, 12 dekabr...
MİT zabiti Korkun Egen, İbrahim Şahin, Ayhan Çarh və Abdulla Çatlı gizlicə Bakıya gəlirlər.Tapşırıq almışdılar.Rövşənin OMON dəstısindən 60 nəfər cəsur döyüşçü seçərək çevrilişçi qüvvə hazırlamaq...Siyasi şəraitə baxın .
Heydər Əliyev " Əsrin neft kobtraktını" sentyabrda uğurla imzalamışdı.."Heydər Əliyev neft kotraktları məsələsində iflasa uğradılacaq" deyənlərin hıçqırıqları içərilərində qalmışdı.Baxmayaraq ki, kontraktın ertəsi günü- 21 sentyabrda KQB- nin zirzəmisindən bir neçə "məşhur " şəxsi ölkənin dövlətçilik sistemini çökəltmək üçün qaçırmışdılar..Alınmadı..Sonra oktyabrın 2- 4 tarixlərində baş nazir Sürət Hüseynovu və təzə - təzə iddialı davranmağa başlamış OMON komandiri Rövşən Cavadovu dövlətə qarşı qiyama çəkdilər..O zaman Heydər Əliyev əvvəlcə Rövşən Cavadovu Surətdən ayıraraq Hüseynovun qiyamını məhv edə bildi.Lakin Rövşən Cavadov həmişəlik düz yola qayıtmadı, həmişəlik əyri yolla getməyi seçdi....Və 1995- ci ilin martında öz qiyamının içində güllələnənə qədər bir neçə aylıq yol getdi..O bu yolda kimlərlə birləşmədi?!.. Bu bir neçə ayın içində Türkiyə səfirliyində gizli görüşlər, Strateji Araçdırmalar Mərkəzi deyilən fitnə - fəsad yuvası, 5 nəfərlik Dövlət Şurası deyilən qanunsuz, antikonstitusion qurumlar, Türkiyədən gizli gətirilərək xüsusi " Sputnik" rabitə vasitələri ilə təchiz olunmuş 5 nəfər adbaad məlum olan mahir kəçfiyyatçının Azərbaycan bölgələrində yerləşdirilməsi,150 ton misi Qazaxdan xaricə uğursuz qaçırmaq cəhdləri,Süleyman Dəmirəlin zəngi ilə Heydər Əliyevin Danimarka səfərindən yarımçıq geri qayltması kimi neçə- neçə çox dramatik hadisələr yaşanacaqdı..
Tansu Çillər Azərbaycanda dövlət çecrilişi cəhdi üçün vaxtı təsadüfən seçməmişdi.Hələ Azərbaycan dövləti özünü tam gücləndirməmişdi.20 sentyabr neft kontraktında Türkiyəyə 1.7 faiz pay verilməsi onu məmnun etməmişdi.İştahı daha böyük idi.Heydər Əliyevin prinsipiallığı onu qorxutmuşdu ki, Heydər Əliyevdən bundan artığını qopara bilməyəcəklər.Çıxış yolu onu devirməkdir.Azərbaycanın sərvətindən daha çox pay almaq, ölkəni siyasi təsirə salmaq üçün bir yol var- Əiyevi devirmək..Bəs kiminlə və necə devirmək??..
Heydər Əliyevin Surət Hüseynovdan ayırdığı , ancaq Əliyevin böyük jestindən lazımı nəticəni çıxarmadan öz nəhayətsiz siyasi ambisiyalarını içində daha da böyüdən OMON komandiri , polkovnik Rövşən Cavadov yada düşdü..Qardaşı Mahir Cavadovla birlikdə əla duet kimi düşünülmüşdülər...Cavadovlar prosesə cəlb olundular.Sonra iş adamı adı altında Kənan Gurəl adlı şəxs Türkiyədən Bakıya gətirilərək ona ofis tutuldu, bu ofis gizli görüşlər üçün nəzərdə tutulmuşdu.Sonra, Türkiyənin Bakıdakı səfirliyinin əməkdaşları cəlb olundu.Türkiyənin o zamankı səfiri Altan Karamanoğlu,hüquq müşaviri Ərtoğrul Güvən,dini müşavir Əbdülqadir Sezgin ( bu şəxsi yadda saxlayın), hərbi attaşe general Əngin Alan,mətbuat katibi Turqut Ər,Türkiyə İqtisadi İnkişaf Agentliyinin nümayəndəsi Sinan Oğan - bir çox isimlər işin içində idilər.Səfirliklə bütün kordinasiyanı isə ölkəmizə hüquq öyrətmək adı ilə gəlmiş FƏRMAN DƏMİRKOL qururdu..
1994- cü il 26 dekabrda Dəmirkolun fəal iştirakı ilə bütün əməliyyatların fəal işlənmə mərkəzi kimi Strateji Araşdırmalar Mərkəzi yaradıldı.Fərman Dəmirkol, guya iş adamı Kənan Gurəl, Türkiyə MİT müavini Yalçın Ərtan,hüquq müşaviri Ərtoğrul Güvən,XİN Tofik Qasımov, əlbəttə ki, Rövşən Cavadov və digərləri....
Hamısı " Mərkəzdə oynayırdılar".
1995- ci ilin 7 yanvarında Mərkəzin 2- ci iclası Türkiyə səfirliyində- dini müşavir həmin Əbdülqadir Sezginin kabibetində keçirildi.Məhz həmin iclasda Dəmirkol Rövşən Cavadovu da iclaslara dəvət etmək təklifi verdi və ilk dəfə olaraq " Heydər Əliyevi güclə devirməliyik" məqsədini bəyan etdi...Maşın artıq hərəkətə gətirilmişdi.Hər şeyin dini müşavirin kabinetində planlanması da təsadüf deyilmiş...
1995- ci ilin 4 yanvarında əvvəlcə Rövşən Cavadovun Türkiyəyə xüsusi səfəri təşkil olunur,Türkiyə MİT- in direktor müavini Yalçın Ərtanla xüsusi görüşdürülür.Məlumdur nə üçün....Təsadüf deyil ki,Rövşən Cavadov Türkiyədən qayıdan kimi yanvarın 14- də ilk dəfə səfirlikdə ASAM- ın iclasına qatılır....
Çevriliş hazırlıqlarının sürəti artırılırdı.1995- ci ilin yanvarın 28- də isə xüsusi hazırlanmış 5 nəfər türk kəşfiyyatçısı Azərbaycana gətirilir və müxtəlif bölgələrdə çevriliş günü məlum işlərin görülməsi təlimatı ilə yerləşdirilir.Yener Aksu adlı zabit Qazaxda,Ayhan Yaşar Qusarda,Ayhan Səlim Şəkidə,Sadık Ulikan Lənkəranda,Gediz Yüsel isə Bakıda yerləşdirilir...
Hakimiyyətdən devrilmiş AXC və Müsavatın müəyyən təmsilçiləri də unudulmamışdılar.Dəmirkol 95- ci ilin 4- 5 martında Kələkiyə gedərək Elçibəylə görüşdü.Orada hansı müzakirələrin aparıldığını qayıdandan sonra atılmış bəzi addımlardan təxmin etmək olur.Dəmirkol qayıdan kimi 5 nəfərdən - Elçibəy,Ayaz Mütəllimov, Cahangir Müslümzadə,Fərman Dəmirkol və Rövşən Cavadovdan ibarət " Dövlət Şurasının " yaradılması qərarını dostları ilə bölüşdü..Heç şübhə yoxdur ki, prosesləri izləyən Rusiya və ABŞ kəşfiyyatları işin başında baş nazir Tansu Çillərin olduğunu bildiklərindən hansısa məqama kimi sakit seyrçiliyə üstünlük verdilər.
Martın 12- si 1995- ci ildə qara qüvvələr sanki bir düşmənin ərazisində qənimət üçün döyüşürmüşlər kimi hərəkətə keçdilər və ilk həmlə Qazaxda yendirildi.Qan töküldü, Cavadovun dəstəsi varlanmaq məqsədiilə, həm də respublikada xaos başlatmaq üçün 150 ton misi Qazaxdan xaricə keçirə bilmədi...Qazaxdan Bakıya daşınan çevrilişçilər 8- ci kilometrdə OMON qərargahına toplandılar.Təslim olmaq tapşırığı almamışdılar.Alsaydılar, Heydər Əliyevin onları martın 16- da telemüraciətdə əvf etməsini nəzərə alaraq silahı yerə qoyardılar.Yox, məqsəd başqa idi, Cavadovun qiyamçı dəstəsini hakimiyyətə guya təzyiq gücü mövqeyində saxlayaraq Heydər Əliyevlə Cavadovun arasında , əslində isə Tansu hakimiyyəti ilə Heydər Əliyevin arasında dövləti bölüşdürmək "bazarlığının" eşqində idilər- səfir Altan Karamanoğlu, Fərman Dəmirkol və Tansu Çillər...
Qardaş deyilən ölkəni bir qiyamçının yalançı xofu altında bölmək eyforiyasına düşənlər görünür ki unutmuşdular-
O Heydər Əliyev idi...
Keçmiş unudulmur... İrəlini görmək üçün... İrəlini keçmişin gözü ilə görməyənlərə bu bir TARİX DƏRSİdir...
Aydın QULİYEV