Lük Bessondan yeni "Terminator" filmi  üçün qeyri-adi şərt
29 noyabr 2026 06:45 (UTC +04:00)

Lük Bessondan yeni "Terminator" filmi üçün qeyri-adi şərt

0

Fransalı rejissor Lük Besson yeni "Terminator" filmini yalnız baş qəhrəmanın anası üçün darıxdığını söyləyəcəyi təqdirdə çəkməyə razı olacağını bildirib.

Lent.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.

"Leon", "Beşinci element" və digər filmləri ilə tanınan rejissor kino sənayesinin incəsənəti yoqurt və ya corab kimi satış məhsuluna çevirdiyini bildirib.

"Hazırda hər şeyi pulla əvəz etmişik. Bu isə hamımızın sonunu gətirəcək", - deyə Besson vurğulayıb.

Rejissor filmləri başqa dünyaları kəşf etmək, səyahət etmək və yoxa çıxmaq üçün çəkdiyini etiraf edib. O bildirib ki, filmlərinin personajları həmişə cəmiyyətdən müəyyən dərəcədə zərər görmüş insanlar olurlar. Bundan başqa, qadınların gücünü və kişilərin zəifliyini göstərmək də onun üçün maraqlıdır.

"Əgər məndən daha bir "Terminator" filmi çəkməyimi istəsəydilər, bu, mənə maraqlı olmazdı. Şvartsenegger çox xoşuma gəlir, amma bu filmi yalnız Terminator oturub anası üçün darıxdığını söyləsəydi, çəkərdim", - deyə rejissor bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 174

Oxşar yazılar