“Real Madrid” “Alaves”ə məğlub oldu
29 noyabr 2026 02:21 (UTC +04:00)

“Real Madrid” “Alaves”ə məğlub oldu

0

 

İspaniya La Liqasında “Real Madrid” gözlənilməz məğlubiyyətlə üzləşib.

Lent.az xəbər verir ki, Madrid təmsilçisi “Alaves”lə qarşılaşmada 1:2 hesabı ilə uduzub.

Qonaqların heyətində 22-ci dəqiqədə Toni Martines, 61-ci dəqiqədə isə Anxel Peres fərqlənib.

“Real Madrid”in yeganə qolunu 69-cu dəqiqədə Kilian Mbappe vurub.

Qarşılaşmanın 88-ci dəqiqəsində Madrid klubunun futbolçusu Cud Bellinqem qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu nəticədən sonra “Real Madrid” turnir cədvəlində 3-cü, “Alaves” isə 8-ci pillədə qərarlaşıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 162

Oxşar yazılar