Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 316 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.
Lent.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin oktyabr ayında görülən işlərə dair ümumu məlumatında qeyd olunub.
Bildirilib ki, ay ərzində ölkədən çıxışı qadağan edilmiş 775 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 35 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.