Lənkəranda beş ailə qəzalı vəziyyətdə olan bir evdə yaşamaq məcburiyyətində qalıb.
Lent.az APA TV-yə istinadən xəbər verir ki, ailələrin yaşadığı evin dam örtüyü çürüyüb, divarları isə dağılmaq təhlükəsi ilə üz-üzədir.
Sakinlərin sözlərinə görə, divarlara əl vurduqda suvaq tökülür, döşəmə çürüyüb, dam örtüyü isə hər an uça bilər.
Ağır şəraitdə yaşayan ailələr təhlükəli vəziyyətdən narahatdırlar. Evin yararsız vəziyyətdə olması onların gündəlik həyatını daha da çətinləşdirir.
APA TV-nin əməkdaşları əraziyə gedərək ailələrin üzləşdiyi sosial problemləri və yaşayış şəraitini lentə alıblar.
Daha ətraflı aşağıdakı videomaterialda: