Gəncədə saxlanılan vergi müfəttişi həbs olundu - YENİLƏNİB
03 noyabr 2026 11:00 (UTC +04:00)

Gəncədə saxlanılan vergi müfəttişi həbs olundu - YENİLƏNİB

1

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxsinin qanunsuz hərəkətləri ilə bağlı həmin Xidmətdən daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, istintaq və əməliyyat-axtarış tədbirləri ilə sözügedən Xidmətin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Operativ vergi nəzarəti tədbirləri şöbəsinin dövlət vergi müfəttişi Rüfət Alıyevin 2026-cı ilin sentyabr ayında Gəncə şəhərində fəaliyyət göstərən sahibkardan vergi yoxlaması keçirilən zaman daha az miqdarda maliyyə sanksiyası tətbiq edilməsi müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. 

Toplanmış sübutlar əsasında Rüfət Alıyevə Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə qanunsuz əməllərin tam dairəsinin və belə əməllərin törədilməsində iştirak etmiş digər təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.

***
10:21

Gəncədə saxlanılan vergi müfəttişi həbs olunub.

Lent.az-ın əldə etdiyi xəbərə görə, Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşı olan Alıyev Rüfət Famlet oğlu Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) maddəsilə cinayət işi açılıb. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən R. Alıyev barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət verilib.

Məhkəmənin 29 oktyabr tarixli qərarı ilə Rüfət Alıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Lakin məlumata görə, o, həmin qətimkan tədbirindən apellyasiya şikayəti verib.

***
2 noyabr, saat: 21:31

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir.

Lent.az  “Bakupost”a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib.

Əməliyyat zamanı idarənin Rüfət adlı vergi müfəttişinin saxlanıldığı bildirilir.

Hələlik əməliyyatın hansı faktlarla bağlı keçirildiyi və saxlanılan şəxsin nədə şübhəli bilindiyi məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2646

Oxşar yazılar