Gəlinlik tikirdi, indi ayaqqabı təmir edir – Qadın pinəçi  -VİDEO
03 noyabr 2026 15:50 (UTC +04:00)

Gəlinlik tikirdi, indi ayaqqabı təmir edir – Qadın pinəçi -VİDEO

0

Azərbaycanda ənənəvi olaraq kişi peşəsi sayılan pinəçiliklə məşğul olan qadın diqqət çəkib.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, Sevda Kazımova 11 ildir ayaqqabı təmiri ilə məşğuldur.

Əvvəllər gəlinlik paltarları tikən qadın sonradan pinəçilik sənətinə maraq göstərib. O, heç kimdən xüsusi təlim almadan, öz zəhməti hesabına bu peşənin sirlərini öyrənib.

Sevda Kazımovanın sözlərinə görə, qadın pinəçi kimi çalışmaq müəyyən çətinliklərlə müşayiət olunsa da, müştərilərin etimadını qazana bilib.

Hazırda onun yanına Bakının müxtəlif ərazilərindən, hətta rayonlardan da müştərilər gəlir.

Qadın ustanın maraqlı həyat hekayəsini aşağıdakı videodan izləyə bilərsiniz.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar