Bəxtiyar Dali 3 ay əvvəl   tutulubmuş - İTTİHAMLAR  - YENİLƏNİB
03 noyabr 2026 16:20 (UTC +04:00)

Bəxtiyar Dali 3 ay əvvəl tutulubmuş - İTTİHAMLAR - YENİLƏNİB

0

Bəxtiyar Dalinin ittiham olunduğu maddələr məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 29.149.2.1-ci (bir qrup şəxs tərəfindən zorlamağa cəhd etmə) maddəsi ilə yanaşı, 145.2.4-cü (bir qrup şəxs tərəfindən qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə də ittiham olunur. 

Əldə etdiyimiz digər məlumata görə isə Bəxtiyar Dali yeni həbs edilməyib, o, 3 aya yaxındır ki, həbsdədir. 

Onun barəsində həbs qətimkan tədbirini Sumqayıt şəhər məhkəməsi seçib. 

***

saat 13:49

Novxanı qəsəbəsində yerləşən “milyonluq saray”ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib.

Lent.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur.

Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliyə qarşı Cinayət Məcəlləsinin 29.149-cu (zorlamağa cəhd etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Məşhur sima hazırda Şüvəlandakı istintaq təcridxanasında saxlanılır.

Qeyd edək ki, 66 yaşlı B.Dali uzun illər Rusiyada yaşayıb. Özünün dediyinə görə, hərbi mühəndis olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1286

Oxşar yazılar