Xəbər verdiyimiz kimi, Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilib.
Lent.az "Bioqrafiya" rubrikasında Səbuhi Sadıqov barədə məlumat verir.
- Səbuhi Sadıqov nə zaman və harada doğulub?
Səbuhi Sadıqov 22 iyun 1984-cü ildə Füzuli şəhərində anadan olub.
- Səbuhi Sadıqov harada təhsil alıb?
- Səbuhi Sadıqov 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə və kredit ixtisası üzrə bakalavr, 2007-ci ildə isə magistratura təhsili alıb.
2014-cü ildə ABŞ-nin Nyu-Hempşir ştatının İctimai Mühasiblər Heyəti tərəfindən Sertifikatlaşmış İctimai Mühasib lisenziyasına layiq görülüb.
- Səbuhi Sadıqov əmək fəaliyyətinə nə zaman başlayıb?
- Səbuhi Sadıqov əmək fəaliyyətinə 2005-ci ildə başlayıb. 2007-2018-ci illərdə beynəlxalq audit şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2018-2021-ci illərdə özəl sektorda fəaliyyət göstərən holdinqlərdən birində rəhbər vəzifə tutub.
- Səbuhi Sadıqov ailəlidir?
- Səbuhi Sadıqov ailəlidir, iki övladı var.