"Porto"dan Avropa klubları arasında  unikal   nailiyyət
03 noyabr 2026 17:29 (UTC +04:00)

"Porto"dan Avropa klubları arasında unikal nailiyyət

0

Portuqaliyanın "Porto" klubu Avropa çempionatlarının 54 yüksək divizionu arasında bu mövsüm bir xal belə itirməyən yeganə klub olaraq qalır.

Lent.az-ın xəbərinə görə, Portuqaliya çempionatının 10 turundan sonra Françesko Fariolinin komandası 10 oyunda qalib gəlib və mümkün 30  xal qazanıb. Bu müddət ərzində "əjdahalar" 25 qol vurub və yalnız dörd qol buraxıb.

Bu, həmçinin Avropanın ilk beş liqasında klublar arasında ən yaxşı qol buraxma göstəricisidir.

Avropanın yüksək divizionlarında qalan 733 komanda bu mövsüm ən azı bir dəfə xal itirib.

Portuqaliya liqasının növbəti turunda “Porto” noyabrın 8-də səfərdə “Qimaraynş” ilə qarşılaşacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar