Hava  kəskin dəyişir:   Bir həftə  yağış və qar   yağacaq - YENİLƏNİB
04 noyabr 2026 12:49 (UTC +04:00)

Hava kəskin dəyişir: Bir həftə yağış və qar yağacaq - YENİLƏNİB

0

Hava kəskin dəyişir. 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir.

Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Noyabrın 5-i günün ikinci yarısı Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, 5-i axşam, 6-sı gecə isə yağıntıların bir qədər güclənəcəyi ehtimal olunur. 

Çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Ölkə ərazisində qeyri-sabit hava şəraitinin noyabrın 9-u axşamadək davam edəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcəyi gözlənilir.

***

12:20

Sabahdan hava şəraiti kəskin dəyişəcək.

Lent.az xəbər verir ki, sabahdan havanın temperaturu enəcək.

Noyabrın beşindən on üçünə qədər davamlı yağış yağacaq. 

Havanın temperaturu beş-on dərəcə enəcək, dağlıq və dağətəyi ərazilərə qar yağacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 660

Oxşar yazılar