Azərbaycanın iki rayonunda qaz kəsiləcək.
Lent.az xəbər verir ki, bu barədə Şəmkir Regıonal-Qaz İstismarı-İdarəsi məlumat yayıb.
Bildirilib ki, "Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 21-də saat 10:00-dan işlər yekunlaşanadək Daşkəsən və Ağstafa rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.