48 saat ərzində 12 həmkarı  ilə danışdı
07 noyabr 2026 13:54 (UTC +04:00)

48 saat ərzində 12 həmkarı ilə danışdı

0

İranın xarici işlər naziri Abbas Əraqçı son iki gün ərzində 12 ölkədən olan həmkarı ilə telefon əlaqəsi saxladığını, regionda cərəyan edən prosesləri, həmçinin ABŞ və İsrailin eskalasiyaya səbəb olan addımlarının fəsadlarını müzakirə etdiyini bildirib.

Lent.az-ın xəbərinə görə, diplomat bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Ötən 48 saat ərzində Oman, Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Qətər, Kipr, Türkiyə, Küveyt, BƏƏ, Tunis, İraq və Pakistandan olan 12 həmkarımla ayrı-ayrılıqda apardığım telefon danışıqlarında ən son regional və beynəlxalq prosesləri, eləcə də ABŞ və İsrailin gərginliyi artıran fəaliyyətlərinin nəticələrini diqqət mərkəzində saxladıq", - deyə nazir vurğulayıb.

Əraqçı məsləhətləşmələr zamanı ölkələrin milli suverenliyinə hörmətlə yanaşılmasının, təhdid və təcavüzlərə son qoyulmasının, dağıdıcı xarici müdaxilələrdən imtina edilməsinin vacibliyini vurğulayıb, qeyri-sabitliyin yayılmasının qarşısının alınmasında region dövlətlərinin məsuliyyət daşıdığını bildirib.

Eyni zamanda, diplomat İranın öz milli təhlükəsizliyini və suverenliyini qorumaq üçün qanuni hüquqa malik olduğunu, kənar qüvvələrin müdaxiləsi olmadan regional təhlükəsizlik mexanizmlərinin yaradılmasının zəruriliyini ön plana çəkib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 116

Oxşar yazılar