Azərbaycanlı futbolçu  qeyri-adi məsafədən avtoqol   vurdu - VİDEO
07 noyabr 2026 14:19 (UTC +04:00)

Azərbaycanlı futbolçu qeyri-adi məsafədən avtoqol vurdu - VİDEO

0

Türkiyə 1-ci Liqasında “Bursaspor” və “Antalyaspor” komandaları arasında keçirilən qarşılaşmada qeyri-adi avtoqol qeydə alınıb.

Lent.az xəbər verir ki, “Bursaspor”un azərbaycanlı futbolçusu Toral Bayramov cərimə meydançasının kənarından öz qapısına qol vurub.

Hadisə ilk hissənin əlavə olunmuş 45+6-cı dəqiqəsində baş verib. Futbolçunun uzaq məsafədən göndərdiyi top öz komandasının qapısından keçib.

Adətən avtoqollar qapı qarşısında baş verən uğursuz müdaxilələr nəticəsində qeydə alınsa da, Bayramovun səhvi məsafəsinə görə diqqət çəkib.

Qeyri-adi qol qarşılaşmanın ən çox müzakirə olunan epizodlarından birinə çevrilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 132

Oxşar yazılar