Abşeronda kişi işləmək istəyən  arvadını vəhşicəsinə döydü
07 noyabr 2026 18:16 (UTC +04:00)

Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü

0

Abşeronda ər arvadını döyüb.

Lent.az-ın xəbərinə görə, hadisə qısqanclıq zəminində baş verib.

33 yaşlı Fərid Hüseynovla (şərti adla) qeyri-rəsmi münasibətdə olduqları 40 yaşlı Samirə Hüeynova (şərti adla) arasında sonuncunun işləmək istəməsi səbəbilə mübahisə yaranıb. Məlumata görə, Fərid qadının işləmək istəməsinə etiraz edəndə, qarşı tərəf kobud cavab verib. Bu zaman əsəbiləşən Fərid əlləri ilə Samirənin boğazından tutaraq, divara sıxıb. Sonra saçlarından tutaraq, başını aşağı əyib və baş nayihəsinə əli ilə zərbə vurub. Bundan sonra isə Samirənin başını qapıya çırpıb. Nəticədə qadın bir sıra xəsarətlər alıb.

Faktla bağlı zərərçəkənin şikayəti əsasında cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, bundan əvvəl 2019-cu ildə ailə qurub və 2021-ci ildə oğlan övladı dünyaya gəlib. 2022-ci ildə isə boşanıb. Onun sözlərinəgörə, Samirə ilə 6 ay əvvəl ailə qursa da, nikah şəhadətnamələrini hələ almadıqları üçün bir yerdə yaşamırlar. Amma hər gün arvadının evinə gedir. Hadisə olan günü də gecə Samirənin evinə gedərək, ehtiyaclarını qarşılaması üçün 20 manat pul verib. Qadın söhbət zamanı özünün də iş tapıb işləmək istədiyini deyib. Fərid isə evlənməmişdən əvvəl qadının işləməyinə qarşı çıxması ilə bağlı şərtini xatırladıb. O, məsələyə etiraz edəndə Samirə kobud cavab verib və nəticədə məlum hadisə meydana gəlib.

F. Hüseynov əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını bildirib.

Zərərçəkən də əvvəl 2008-ci ildə ailə qurduğunu və o nikahdan 2010-cu il təvəllüdlü qız övladının doğulduğunu deyib. Onun sözlərinə görə, 2011-ci ildə birinci ərindən boşanıb. S. Hüseynova ifadəsində təqirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını deyib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Fərid Hüseynov məsuliyyətdən azad olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 160

Oxşar yazılar