Xankəndi stadionunda ilk oyunun  tarixi AÇIQLANDI
10 noyabr 2026 10:49 (UTC +04:00)

Xankəndi stadionunda ilk oyunun tarixi AÇIQLANDI

0

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi qarşılaşmanın keçiriləcəyi tarix və saat bəlli olub.

Lent.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, I Liqanın VIII turu çərçivəsində "Xankəndi" və "Karvan-Yevlax" komandaları bu arenada üz-üzə gələcəklər.

Qarşılaşma noyabrın 19-da saat 16:00-da başlayacaq.

Qeyd edək ki, "Xankəndi" klubu bundan sonra ev oyunlarını da bu stadionda keçirəcək. MOİK-in Xankəndi şəhər stadionundan istifadəsinə isə qış fasiləsindən sonra başlanılması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 116

Oxşar yazılar