İbad Hüseynov
25 oktyabr 2026 00:21 (UTC +04:00)

İbad Hüseynov

İbad Hüseynov səfirliyin dəstəyi ilə Azərbaycana qayıtdı - YENİLƏNİB

2

Gürcüstanda saxlanılan İbad Hüseynov səfirliyin dəstəyi ilə buraxılıb, Azərbaycana qayıdıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hava limanında jurnalistlərin suallarını cavablandıran İbad Hüseynov baş verənlər barədə dərhal Azərbaycanın Gürcüstandakı səfirliyinə məlumat verdiyini deyib.

“Səfirliyimiz operativ şəkildə müdaxilə etdi. Səfirliyin və nümayəndələrimizin dəstəyi ilə oradan çıxarılaraq səfirliyə aparıldım və lazımi tədbirlər görüldü”, - o deyib.

İbad Hüseynov saxlanılmasının səbəbini soruşsa da, ona heç bir açıqlama verilmədiyini deyib.

***

10:55

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb. 

Lent.az xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. 

Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. 

Ona ölkəyə buraxılmayacağı barədə xəbərdarlıq olunub. 

Azərbaycanın Gürcüstandakı səfirliyinin müdaxiləsindən sonra İbad Hüseynov sərbəst buraxılıb. 

Qeyd edək ki, İbad Hüseynov 23 oktyabr 2026-cı il tarixində Gürcüstanda keçiriləcək tədbirə qatılmaq üçün Tbilisiyə gedib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 4554

Oxşar yazılar