Çinin telefon istehsalçıları köhnə telefonların RAM yaddaşlarından  istifadə edir
25 oktyabr 2026 04:40 (UTC +04:00)

Çinin telefon istehsalçıları köhnə telefonların RAM yaddaşlarından istifadə edir

0

 

Çində bəzi smartfon istehsalçılarının yaddaş çiplərinin bahalaşması səbəbilə köhnə telefonlardan çıxarılan RAM-ları yeni cihazlarda istifadə etdiyi bildirilir.

Lent.az xəbər verir ki, məlumata görə, 5-6 il işlədilmiş telefonlardan çıxarılan yaddaş çipləri yoxlanıldıqdan sonra yeni smartfonlara quraşdırılır.

Bu üsulun əsas səbəbi süni intellekt məlumat mərkəzlərinin yaddaş çiplərinə tələbatının artması və təchizat çətinlikləridir.

Çinin Şençjen şəhərindəki Huaçyanbey elektronika bazarında köhnə yaddaş çiplərinin toplanması və yenidən satışı ilə məşğul olan bazar formalaşıb.

Bununla belə, istifadə edilmiş çiplərin etibarlılığı ilə bağlı suallar qalır. Hələlik bu üsuldan istifadə edən şirkətlərin adları açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar