Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Şəhər sakini 49 yaşlı R.Cəfərov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, kişini qonşusu bıçaqlayıb.
Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.