Məşhur TikToker məhkəmədə ağladı
06 oktyabr 2026 11:28 (UTC +04:00)

Məşhur TikToker məhkəmədə ağladı

0

Məşhur TikToker Dakota Harperin yanğın hadisəsilə bağlı məhkəməsi keçirilib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə onun girov məbləğini 10 min dollardan 20 min dollara qaldırıb. Bundan başqa, Harperin ev dustaqlığında saxlanılması da şərtlərə əlavə edilib. Məhkəmə zalında onun qərarı emosional qarşıladığı və məyus göründüyü bildirilib.

Xatırladaq ki, Dakota Harper və Felisiti İtmon ötən həftə yanğın törətmə və yandırmaya cəhd məqsədilə əlbir olmaqda ittiham ediliblər.

İttihama görə, hadisə sentyabrın 27-də baş verib. Cütlüyün istifadəsiz qalmış evi yandırmağa cəhd etdiyi iddia olunur. Hadisənin təhlükəsizlik kameralarına düşdüyü, görüntülərdə Felisitinin Dakota Harperə kağız parçası verdiyi, daha sonra həmin kağızın alışdırılaraq evin içərisinə atıldığı bildirilir.

İş üzrə araşdırma davam edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar