Türkiyəli aktyor Hakan Kurtaş həmkarı Birce Akalayla münasibətinin ilk günlərindən danışıb.
Lent.az xəbər verir ki, bu barədə Habertürk məlumat yayıb.
Kurtaş onların ilk tanışlıqdan etibarən bir-birlərinə qarşı hisslərinin yarandığını bildirib. Aktyor münasibətlərinin dostluq mərhələsindən keçmədən başladığını deyib.
Hakan Kurtaş və Birce Akalay bir müddətdir münasibətlərini ictimaiyyətdən gizlətmirlər və birlikdə müxtəlif tədbirlərə qatılırlar.