Zaqatalada mağaza yandı
16 noyabr 2026 20:41 (UTC +04:00)

Zaqatalada mağaza yandı

0

 

Zaqatala rayonunda qarışıq mallar mağazasında yanğın baş verib.

Lent.az xəbər verir ki, hadisə rayonun Yuxarı Çardaqlar kəndində qeydə alınıb. Kənd sakini Raul Həsənova məxsus, ümumi sahəsi 100 kvadratmetr olan mağazada yanğın başlayıb.

Nəticədə mağazanın dam örtüyünün yanar konstruksiyaları, içərisindəki ərzaq və digər məhsullar yanıb.

Yanğının söndürülməsi üçün əraziyə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.



Vüqar Heydərov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 170

Oxşar yazılar