Gəncədə 42 yaşlı kişi binadan  yıxıldı
16 noyabr 2026 19:41 (UTC +04:00)

Gəncədə 42 yaşlı kişi binadan yıxıldı

0

Gəncədə 42 yaşlı kişi 4-cü mərtəbədən yıxılıb.

Lent.az-ın xəbərinə görə, hadisə şəhərin İsaq Cəfərov küçəsində qeydə alınıb.

Şəhər sakini A. Baxışəliyev beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb.

O, dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

A. Baxışəliyevin hansı şəraitdə yıxılması məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 120

Oxşar yazılar