Qışda  isitmə xərclərinə   qənaət etməyin 5 sadə yolu
12 oktyabr 2026 09:52 (UTC +04:00)

Qışda isitmə xərclərinə qənaət etməyin 5 sadə yolu

0

Qışın gəlişi və isitmə mövsümünün başlanması ilə ev xərcləri nəzərəçarpacaq dərəcədə artır. Bu isə bir çox ailə üçün əlavə maliyyə yükü yaradır. Lakin mənzildə istilik itkisinin qarşısını almaq və bununla da isitmə xərclərini azaltmaq üçün bir neçə sadə üsul var.

Lent.az xarici mediaya istinadən xəbər verir ki. pəncərələrin yan hissəsində adətən altıbucaqlı tənzimləmə vintləri yerləşir. Onları qış rejiminə keçirmək pəncərənin daha sıx bağlanmasına, küləyin içəri keçməsinin və istilik itkisinin azalmasına kömək edə bilər.

Pəncərələrdəki rezin kipləşdiricilər də zaman keçdikcə köhnəlir, çatlayır və elastikliyini itirir. Belə hallarda onları dəyişdirmək pəncərənin daha yaxşı bağlanmasına və otaqda istiliyin qorunmasına imkan verir.

Havalandırma dəliklərinə diqqət edin

İstilik itkisi havalandırma dəliklərindən də baş verə bilər. İsti hava çölə çıxa, soyuq hava isə içəri daxil ola bilər. Lakin ventilyasiya dəliklərini tam bağlamaq təhlükəli ola bilər. Buna görə havalandırma sistemini tam bağlamaq əvəzinə, istilik itkisini azaltmağa uyğun və təhlükəsiz həllərdən istifadə etmək daha məqsədəuyğundur.

Qalın pərdələrdən istifadə edin

Pəncərələrdən istilik itkisini azaltmaq üçün qalın pərdələrdən, işıq keçirməyən pərdələrdən və ya jalüzlərdən istifadə etmək olar. Xüsusilə gecə saatlarında pərdələrin bağlanması otaqda istiliyin daha uzun müddət qalmasına kömək edə bilər.

Radiatorun arxasına istilik əks etdirən material yerləşdirin

Radiatorun arxasına istilik əks etdirən xüsusi folqa yerləşdirmək də faydalı üsullardan biridir. Bu zaman radiatorun yaydığı istiliyin bir hissəsi divara hopmaq əvəzinə yenidən otağa yönəlir.

Pəncərədən hava gəlib-gəlmədiyini necə yoxlamaq olar?

Bunun üçün sadə üsullardan istifadə etmək mümkündür. Pəncərənin kənarına bir vərəq kağız yaxınlaşdırın. Əgər kağız hava axını səbəbindən hərəkət edirsə, bu, pəncərənin tam kip bağlanmadığını göstərə bilər.

Pəncərənin kənarında boşluqların aşkarlanması və onların vaxtında aradan qaldırılması qışda istilik itkisinin azalmasına və isitmə xərclərinə qənaət etməyə kömək edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 356

Oxşar yazılar