Toyda rəqs üstündə  DAVA: saxlanılan var
20 noyabr 2026 10:49 (UTC +04:00)

Toyda rəqs üstündə DAVA: saxlanılan var

0

Salyan rayonunda keçirilən şənliklərdən birində rəqs etmək üstündə yaranan mübahisə xəsarətlə nəticələnib.

Lent.az-ın məlumatına görə, hadisə zamanı içkili vəziyyətdə olan iki şəxs arasında kimin rəqs edəcəyi ilə bağlı mübahisə yaranıb. Tərəflərdən birinin öz mahnısının səsləndirilməsini və rəqs etmək istədiyini bildirməsi ilə başlayan sözlü qarşıdurma davaya çevrilib.

Nəticədə əvvəllər məhkum olunmuş X.Verginov kəsici alətlə digər şəxsə müxtəlif dərəcəli xəsarətlər yetirib.

Polis tərəfindən keçirilən tədbirlərlə hadisəni törədən X.Verginov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 136

Oxşar yazılar