“BYD”nin yeni avtomobili 9 dəqiqəyə  enerji doldurur
20 noyabr 2026 02:32 (UTC +04:00)

“BYD”nin yeni avtomobili 9 dəqiqəyə enerji doldurur

0

 

Çinin “BYD” şirkətinin “Fang Cheng Bao” markası yeni “Ti 9” krossoverini təqdim edib. Avtomobilin əsas üstünlüklərindən biri yüksək sürətli enerji doldurma texnologiyasıdır.

Lent.az xəbər verir ki, bu barədə “ArenaEV” məlumat yayıb.

Altı yerlik yeni avtomobil qoşulan hibrid sistemi ilə təchiz edilib. İstehsalçının açıqladığı texniki göstəricilərə əsasən, güc sistemi təxminən 536 at qüvvəsinə malikdir.

Modeldə 66,48 kilovat-saat tutumlu batareya və aktiv pnevmatik asqı sistemi nəzərdə tutulub. Şirkətin məlumatına görə, uyğun şarj avadanlığı və şəraitində batareyanı 10 faizdən 97 faizə cəmi doqquz dəqiqəyə doldurmaq mümkündür.

“Ti 9” daha çox asfalt yollarda rahat istifadə üçün hazırlanmış krossover kimi təqdim edilir. Enerji doldurma sürəti və digər göstəricilər real istifadə şəraitindən asılı olaraq dəyişə bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 84

Oxşar yazılar