"Real" Orelyen Tçuameni ilə bağlı qərarını verdi
19 noyabr 2026 23:04 (UTC +04:00)

"Real" Orelyen Tçuameni ilə bağlı qərarını verdi

0

"Real" futbol klubu Fransa millisinin yarımmüdafiəçisi Orelyen Tçuameni ilə müqavilənin müddətini uzadıb.

Lent.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

26 yaşlı futbolçu ilə yeni müqavilə 2032-ci il iyunun 30-dək qüvvədə olacaq.

Tçuameni 2022-ci ildə "Real"a keçib. Komanda ilə Çempionlar Liqasının, iki UEFA Superkubokunun, İspaniya çempionatının, Kubokunun və Superkubokunun qalibi olub.

O, Fransa millisinin heyətində 50 oyun keçirib və üç qol vurub. Milli komanda ilə 2021-ci ildə Millətlər Liqasının qalibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar