Elçin Babayev kimdir ? - 2 dəfə BDU-nun rektoru olan dosent
19 noyabr 2026 17:02 (UTC +04:00)

Elçin Babayev kimdir? - 2 dəfə BDU-nun rektoru olan dosent

0

Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Lent.az "Bioqrafiya" rubrikasında onun haqqında məlumatları təqdim edir. 

- Elçin Babayev kimdir?

Elçin Səfərəli oğlu Babayev fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosentdir. 

- Elçin Babayev harada və nə zaman anadan olub?

 Elçin Babayev 1965-ci il aprelin 4-də Naxçıvan şəhərində anadan olub.

- Ailəsi haqqında nə məlumdur?

O, AMEA-nın müxbir üzvü Səfərəli Babayevin oğludur.

- Hansı ali təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərib?

 Elçin Babayev 1996–1997-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində, 1998–1999-cu illərdə Bakı Dövlət Universitetində, 1996–1999-cu illərdə Əmək və Sosial Münasibətlər Akademiyasında pedaqoji fəaliyyət göstərib. Həmçinin 1995–2009-cu illərdə 289 nömrəli məktəb – “Zəngi” liseyində, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, 2009–2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsində və bir sıra ixtisasartırma təhsil müəssisələrində çalışıb.

- Elmi fəaliyyətində hansı vəzifələri tutub?

 Elçin Babayev AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini olub. Həmçinin rəsədxananın “Kosmik plazma və Heliogeofiziki problemlər” şöbəsinə rəhbərlik edib.

- Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə nə zaman təyin olunub?

Elçin Babayev 2019-cu il martın 11-də Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilib.

- Rektor vəzifəsinə ikinci dəfə nə zaman təyin olunub?

2024-cü il martın 27-də Elçin Babayev növbəti beş il müddətinə Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunub.

-Elçin Babayev hansı mükafatlara layiq görülüb?

2005-ci il dekabrın 14-də "Tərəqqi" medalı təltif edilib.

-Nə zaman vəzifəsindən azad edilib?

O, bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə vəzifəsindən azad olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 156

Oxşar yazılar