Meyitxanada  dirilən kişi   siqaret istədi -VİDEO
19 noyabr 2026 12:22 (UTC +04:00)

Meyitxanada dirilən kişi siqaret istədi -VİDEO

0

Nigeriyada yol qəzasından sonra öldüyü zənn edilən motosikletçi meyitxanada gözlənilmədən özünə gəlib. Kişinin ayıldıqdan sonra ilk istəyinin siqaret olması ətrafdakıları təəccübləndirib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, motosiklet qəzasına düşən kişi ölmüş hesab edilərək meyitxanaya aparılıb, lakin bir müddət sonra onun sağ olduğu məlum olub.

Sosial şəbəkələrdə yayılan görüntülərdə kişinin bədəninin ağ tozla örtüldüyü görünür. Bildirilir ki, həmin maddə yerli ənənəyə uyğun olaraq ölən şəxslərin bədəninə səpilir.

Hadisə yerinə toplaşan sakinlər kişinin sağ qalmasını möcüzə adlandıraraq sevinclərini bölüşüblər. Onlar bir-birlərinə şirniyyat paylayıblar.

Videoda şahidlərin kişinin ayılan kimi siqaret istədiyini söylədikləri eşidilir.

Yerli sakinlərdən biri isə onun mütləq tibbi müayinədən keçirilməli olduğunu bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 172

Oxşar yazılar