Çinin cənub-qərbindəki Quicou əyalətində inşa edilən Huajiang Böyük Kanyon körpüsünün gələn ilin iyununda istifadəyə verilməsi planlaşdırılır.
Lent.az xəbər verir ki, Beipan çayı üzərindən 625 metr yüksəklikdə yerləşən körpünün ümumi uzunluğu 2 890 metrdir.
Polad konstruksiyaların ümumi çəkisi təxminən 22 min ton təşkil edir ki, bu da üç Eyfel qülləsinin ağırlığına bərabərdir.
Körpünün istifadəyə verilməsi ilə kanyonun iki sahili arasında avtomobillə hərəkət müddətinin 2 saatdan cəmi 1 dəqiqəyə enəcəyi bildirilir.
Tikinti işlərinin 95 faizi artıq tamamlanıb.