Abşeronda yük maşınından 10 min manatlıq OĞURLUQ
18 noyabr 2026 15:35 (UTC +04:00)

Abşeronda yük maşınından 10 min manatlıq OĞURLUQ

0

Abşeronda nəqliyyat vasitələrindən oğurluq edən şəxs saxlanılıb.

Lent.az xəbər verir ki, Abşeron rayonunda yük avtomobillərindən ümumi dəyəri 10320 manat olan naqil və akkumulyator oğurlanıb.

Polisə daxil olmuş məlumat əsasında keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş P.Allahverdiyev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, o, rayonun müxtəlif yerlərində nəqliyyat vasitələrindən oğurluq əməlini törədib.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 86

Oxşar yazılar