Bakının Yasamal rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə Moskva prospekti, 45 ünvanında, tunelin girişində qeydə alınıb.
Belə ki, Qismət Qaçayev idarə etdiyi “Toyota” markalı avtomobillə hərəkətdə olarkən Asif Ağaverdiyevin idarə etdiyi “Dayun DY-156-ES” markalı motosikletlə toqquşub.
Qəza nəticəsində motosikletin sürücüsü Asif Ağaverdiyev aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.