Kemerovo vilayətində An-12 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində on yeddi nəfər həlak olub.
Lent.az-ın Rusiya mediasına istinadən məlumatına görə, Yaqunovo kəndi yaxınlığında baş verən təyyarə qəzasından sağ çıxan olmayıb.
Şahidlər təyyarənin havada alovlandığını, daha sonra kəskin şəkildə aşağı düşməyə və partlamağa başladığını bildiriblər.