Qəbələdə "avtoşluq"  edən sürücü həbs edildi
17 noyabr 2026 12:43 (UTC +04:00)

Qəbələdə "avtoşluq" edən sürücü həbs edildi

0

Qəbələdə avtoxuliqanlıq edən sürücü həbs edilib.

Lent.az xəbər verir ki, Qəbələ rayonunda polis əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edən “Chevrolet” markalı nəqliyyat vasitəsinin sürücüsü Ərəstun Osmanlı saxlanılıb. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Ə.Osmanlının nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 80

Oxşar yazılar