“Tesla” Almaniyada 3 milyard avroluq yeni zavod tikəcək
17 noyabr 2026 03:26 (UTC +04:00)

“Tesla” Almaniyada 3 milyard avroluq yeni zavod tikəcək

0

 

Amerikanın “Tesla” şirkəti Almaniyadakı avtomobil istehsalını genişləndirmək üçün təxminən 3 milyard avro sərmayə yatırmağı planlaşdırır. Yeni müəssisədə sürücüsüz taksilərin istehsalı nəzərdə tutulur.

Lent.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Şirkət Berlin yaxınlığındakı Grünhayde zavoduna əlavə istehsal sahəsi tikməyi planlaşdırır. Yeni müəssisənin əsas məhsulu “Cybercab” adlı sürücüsüz elektrik avtomobili olacaq.

“Tesla” yeni zavodun tikintisinə 2027-ci ilin birinci yarısında, avtomobil istehsalına isə 2029-cu ildə başlamağı hədəfləyir. Müəssisənin illik istehsal gücünün bir milyon avtomobilə qədər çatdırılması nəzərdə tutulur.

Agentliyin məlumatına görə, layihə Almaniya avtomobil sənayesində bir sıra iri istehsalçıların iş yerlərini ixtisar etməyə hazırlaşdığı dövrə təsadüf edir. Bununla belə, “Cybercab”ın genişmiqyaslı istehsalı və kommersiya uğuru hələ sınaqdan keçməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 102

Oxşar yazılar